AZ

Bakıda ictimai iaşə dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-avqust aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 966,9 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olub. Bu, ümumi dövriyyənin 60 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 % artaraq 1 milyard 456,8 milyon manat olub.

Seçilən
15
7
bakivaxti.az

8Mənbələr