Ruslar Xersondakı bazarı vurub: ölənlər və yaralılar var
Rusiya ordusu Ukraynanın Xerson vilayətinin mərkəzindəki bazara hücum edib, çox sayda ölənlər və yaralılar var.
Reyting.az-ın xəbərinə görə, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.
Onun sözlərinə görə, ruslar rayon mərkəzində yerləşən bazara hücum ediblər:
“Xerson sakinlərinin səhər saatlarında məhsul aldıqları və ya satdıqları pərakəndə satış məntəqələri vurulub”.
Bildirilir ki, azı səkkiz qurbanın kimliyi məlumdur: “Beş nəfər həlak olub, daha üç nəfər yaralanıb, onlar bizim həkimlərin nəzarətindədir”.
A. Prokudin dəhşətli hücumun nəticələrini əks etdirən video da yayımlayıb. Görüntülərdə yerdə yaralananlar, ölənlər, orada işləyənlər görünür.
ELÇİN