AZ

Üç Avropa klubu bu futbolçu ilə maraqlanır

"Çelsi" klubu "Palmeyras"ın mərkəz müdafiəçisi Vitor Reisi transfer etməkdə maraqlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" "The Athletic"-ə istinadən xəbər verir ki, London klubu futbolçunun transferi üçün "Real" və "Arsenal" ilə rəqabət aparacaq.

Maraqlanan klublardan heç biri hələ ki, rəsmi təkliflə "Palmeyras"a müraciət etməyib.

Futbolçu növbəti transfer pəncərəsində klubu tərk etmək istəyir.

Seçilən
26
operativmm.az

1Mənbələr