AZ

Samuxda prokurorluq işçilərinin peşə bayramı qeyd edildi - Fotolar

Samux rayonunda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Firdovsi Əliyev başda baş prokuror Kamran Əliyev olmaqla bütün prokurorluq orqanları əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb.

Samux rayon Prokuroru Könül Ələsgərova isə çıxışında ölkə başçısının prokurorluq orqanlarına və işçilərinə göstərdiyi qayğısı haqqında geniş və ətraflı məlumat verib.

İcra Hakimiyyətinin Başçısı tərəfindən rayonda öz işlərində fərqlənən rayon prokurorluğunun əməkdaşları  Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda “Prokurorluq orqanları əməkdaşlarının peşə bayramı” günü münasibəti ilə Samux-Kür yolunun kənarına tədbir iştirakçıları tərəfindən 500 ədədə yaxın şam və sərv ağacları əkilib.







Seçilən
24
qafqazinfo.az

1Mənbələr