AZ

Azərbaycanda icbari avtosığorta üzrə zərərlilik qlobal göstəricilərlə müqayisədə adekvatdır

Sığorta sektorunda ən yüksək zərərlik əmsalı icbari avtosığorta üzrədir və bu əmsal 80 % təşkil edir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin ilin ilk yarım ili üzrə keçirilən Maliyyə Sabitliyi hesabatının təqdimatında deyib.

O bildirib ki, bu göstərici qlobal göstəricilərlə müqayisədə adekvat göstəricidir.

Ş.Mahmudzadə əlavə edib ki, zərərlərin birbaşa tənzimlənməsinin tətbiqinə başlanmasından sonra avtomobillərin icbari sığortası ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə azalıb.

Seçilən
37
2
apa.az

3Mənbələr