İranın cənubunda Xəlil çayının daşması nəticəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, itkin düşənlərin axtarışına İran Qızıl Aypara Cəmiyyətinin xilasedici qrupları, könüllülər, bələdiyyə işçiləri və sadə vətəndaşlar cəlb olunub.