AZ

Türkiyə MİT-in nöqtə əməliyyatı ilə terrorçuların aparıcı fiqurlarından biri öldürülüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı - MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının sözdə rəhbərlərindən biri Lokman İsmail öldürülüb.Gundemxeber.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.Bildirilib ki, 30 il ərzində PKK/KCK daxilində fəaliyyət göstərən terrorist Lokman İsmail tam dəqiq atəşlə zərərsizləşdirilib.PKK/KCK-lı Lokman İsmail 2015-2016-cı illərdə Şırnakda baş verən xəndək-barikat hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları təşkil edən şəxs idi.Bundan əlavə, 2019-cu ildə Adana/Seyhanda Suriya vətəndaşları tərəfindən iki avtomobilə qarşı həyata keçirilən bombalı hücumun əmrini verən də yenə Lokman İsmail idi.Gundemxeber.az

Seçilən
13
7
gundemxeber.az

8Mənbələr