AZ

Rusiya Xersonda bazarı vurdu – Çoxlu sayda ölü və yaralı var

Rus ordusu Xersonun mərkəzindəki bazara zərbə endirib, çoxlu sayda ölən və yaralananlar var.

“AzPolitika” xəbər verir ki, bu barədə Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib.

Onun yaydığı məlumatda deyilir: "Xerson sakinlərinin səhər saatlarında məhsul aldıqları və satdıqları pərakəndə satış məntəqələri vuruldu".

Xerson Vilayət Prokurorluğunun məlumatına görə, 2024-cü il oktyabrın 1-də yerli vaxtla saat 9:00 radələrində rus qoşunları Xersonun mərkəzinə, ehtimal ki, artilleriya qurğularından zərbələr endirib. Partlayışlar yerli bazarda və ictimai nəqliyyat dayanacağının yaxınlığında baş verib. Hələlik azı 7 nəfərin həlak olduğu təsdiqlənib, yaralıların sayı daha çoxdur.

“AzPolitika.info”

Seçilən
58
azpolitika.info

1Mənbələr