İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta futbolçu karyerasını başa vurur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
40 yaşlı mütəxəssis gələn həftə qərarını rəsmən açıqlayacaq.
İspan futbolçu karyerasının böyük hissəsini “Barselona”da keçirib.
Andres 1996-2018-ci illərdə "Blauqrana"da çıxış edib. Kataloniyalılarla birlikdə o, La Liqanın və UEFA Çempionlar Liqasının çempionu oldu.
Sonra İnyesta beş il Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib.