AZ

Ermənilər Azərbaycan abidəsini təmirə başladı

Erməni mediası yazır ki, hakimiyyət orta əsrlərə aid edilən “Amberd” qalasını təmir edib, yenidən əvvəlki görkəminə qaytarmaq istəyir.Uzun illərdir diqqətsiz qalan bu qalanın birdən-birə Ermənistan hakimiyyətinin “yadına düşməsi” də maraqlıdır. Axı ermənilər onlara tarixən aid olmayan, erməniləşdirə bilmədikləri abidələri nəinki restavrasiya etməz, eyni zamanda onun dağılıb sıradan çxımasına şərait yaradar. Bu gün Qarabağda yüzlərlə Alban xristian abidəsinin yox edilməsi buna əyani sübutdur.Bu tarixi qala da neçə illərdir dağılmaq üzrə idi.Son zamanlar ermənilər Azərbaycanlı alimlərin tutarlı faktları qarşısında başa düşürlər ki, Qərbi Azərbaycan torpaqlarında abidələri erməniləşdirmək prosesini sürətləndirməsə, burada olan abidələrin onlara tarixən məxsus olmaması üzə çıxacaq. Bu qala da o torpaqlarda olan və ermənilərə aid olmayan qalalardan biridir.Əsaslı fakt: Sizlərə kitabın fotusunu təqdim edirəm.Թ.Խ. Հակոբյան, Ստ.Տ. Մելիք-Բախշյան, Հ.Խ. Բարսեղյան։ Երեւանի Համալսարանի Հրատարակչություն, Երեւան, 1986; Eyni zamanda erməni dilində olan linkini.Kitabın adı tərcümədə “Ermənistan və ona yaxın olan ərazilərin toponimlər lüğəti" adlanır. 1986-cı ildə çap edilib. Birinci cildin 1000-ci səhifəsində konkret yazılır: "QIZ QALASI - Əştərək rayonu ərazisində, Alagöz dağının cənub ətəyində, Arxaşan çayı kənarında türklərə məxsus qala-qəsr və məbəd”. Kitabda eyni zamanda yazılır: “Amberd - Bulud qalası”.Qeyd edim ki, Qız qalası adı XVIII-XIX əsrlərdə Rusiyada hazırlanan hərbi və statistik sənədlərdə də öz təsdiqini taplb.Qaynaqlarda qala barədə yazılır: “Roma hamamları, məbəd və su təchizatı sistemi ilə təhciz edilən demək olar ki, ideal bir qala idi. Qalanın içərisində 3 mərtəbəli saray təxminən 1500 kvadratmetr ərazini tuturdu. Hər mərtəbədə 5 otaq var, pəncərələrdə dəmir barmaqlıqlar vardı”.1970-ci ildə Ermənistan SSRİ rəhbərliyi qalanın restavrasiyası (oxu: erməniləşdirməsi) prosesi barədə qərar qəbul etsə də, sonradan onun altında aşkar edilən və Azərbaycana gedən, hündürlüyü 2 metr olan yeraltı yolun (Qazax rayonu ərazisindən, Cəfərli kəndindən keçməklə bir məsafəni əhatə etməsi) tapılmasından sonra dayandırılmışdır. Yeraltı yol dağıdılmışdır. Qala isə açıq səma altında dağılmağa məhkum edilmişdir. Bu qalanın ermənilər iddia etdiyi kimi Urartu dövrünə aidiyyəti yoxdur. 1026-cı ildə Karvansara-Qala kimi tikilib və Böyük İpək Yolu üzərində yerləşib.Səlcuqlar, moğollar dövründə də bu qala onların karvansara kimi istifadə edildiyi yer olub.

Seçilən
49
8
bolgexeber.az

9Mənbələr