AZ

Yaponiyada hökumət istefa verdi

Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilən İşiba Şiqerunun baş nazir postunu tutacağı gözlənildiyi halda, baş nazir Kişida Fumio və kabineti istefa ərizəsini təqdim edib.
Ölkə.Az xəbər verir ki, NHK dövlət televiziyasının məlumatına görə, İşiba vəzifəyə başlamazdan əvvəl 2021-ci ilin oktyabrından bu vəzifədə olan Kişida Fumio və onun hazırkı kabineti kütləvi şəkildə istefa verib.

Keçən həftə keçirilən partiyadaxili seçkilərdə Kişidanın yerinə LDP lideri seçilən İşibanın LDP və onun ortağı Komeitonun üstünlük təşkil etdiyi parlament iclasında baş nazir postunu tutacağı gözlənilir.
Parlamentdə keçirilən səsvermə nəticəsində formalaşacaq yeni kabinet İmperator sarayında keçiriləcək mərasimdən sonra öz fəaliyyətinə başlayacaq.
Qeyd edək ki, sentyabrın 27-də 9 namizədin iştirak etdiyi qurultayda LDP-nin keçmiş baş katibi, əvvəllər kənd təsərrüfatı naziri və müdafiə naziri vəzifələrində çalışmış İşiba Şiqeru ikinci turda partiya sədri seçilib.
Mürtəza
Ölkə.Az

Seçilən
77
4
baki.media

5Mənbələr