AZ

Beynəlxalq Ahıllar Günündə Kür çayında gəmi gəzintisi təşkil olunub

Bakı, 1 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılların asudə vaxtının səmərəli təşkili məqsədilə Kür çayında gəmi gəzintisi olub.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZRTAC-a verilən məlumata görə, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə keçirilən tədbirdə Mingəçevir şəhərində həmin xidmətdən yararlanan 20-yə yaxın ahıl şəxs iştirak edib.

Gəmi gəzintisi iştirakçıların əylənməsi məqsədilə təşkil edilən bir sıra maraqlı tədbirlərlə yadda qalıb.

Həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası məqsədi daşıyan tədbir çay və nahar süfrəsi ətrafında səmimi söhbətlərlə davam edib.

Seçilən
21
1
azertag.az

2Mənbələr