AZ

Hansi Flik: “Mən təzyiqin nə olduğunu bilmirəm”

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasında “Yanq Boyz”la oyun öncəsi “blauqrana”nın əhval-ruhiyyəsindən söhbət açıb.

Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssin bu barədə fikrini təqdim edir:

“Mən təzyiqin nə olduğunu bilmirəm. Bu, bizim işimizdir. Təzyiq hamının işində var. Biz qalib gəlməliyik. “Monako” ilə oyunu isə unutmalıyıq. İndi xalımız sıfırdır, amma Çempionlar Liqasındakı yerini haqlı olaraq layiqincə qazanmış yaxşı bir komandaya qarşı evdə oynayacağıq. Biz qələbəmizə əminik.

Qələbə qazanmaq istədiyimizi söyləmək üçün də kifayət qədər əminik. İlk oyunda uduzmuşuq, amma bu, ümidsizlik üçün səbəb deyil. “Monako” ilə oyunda, hər şeyin olduğu kimi getməsinin səbəbləri vardı. Bu yeni Çempionlar Liqası tərtibatının necə olacağını da bilmirik və buna görə də indi mümkün qədər çox xal qazanmalıyıq.

Mən yalnız “Monako”ya məğlub olmuşam, keçən il və ya ondan əvvəl nə baş verdiyi isə məni qətiyyən maraqlandırmır. Hamımız Çempionlar Liqasında uğur qazanmaq istəyirik.

Mənim çox nikbin əhval-ruhiyyəm var. Komandam yaxşı işləyir və çox cəlbedici futbol oynayır. Yenidən öz hörmət-izzətimizi qazana bilərik. Biz bunun üzərində işləyəcəyik”, deyə Hansi Flik vurğulayıb.
Xatırladaq ki, “Barselona” Çempionlar Liqasnın ümumi mərhələsinin 1-ci turu çərçivəsində “Monako” ilə səfər oyununda 1:2 hesabı ilə məğlub olmuşdu.

2-ci tur çərçivəsində “Barslona” “Yanq Boyz”u qonaq edəcək. Oyun bu gün, oktyabrın 1-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Seçilən
48
arena.az

1Mənbələr