AZ

“Malmö”nün braziliyalısı “Qarabağ”la oyuna hazırdı

Avropa Liqasının II turunda “Qarabağ”la qarşılaşacaq “Malmö”nün braziliyalı futbolçusu Qabriel Busanellonun durumu müəyyənləşib. Matc.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bakıdakı qarşılaşmada meydandakı yerini ala biləcək. Avropa Liqasının II turunda “Qarabağ”la qarşılaşacaq “Malmö”nün braziliyalı futbolçusu Qabriel Busanellonun durumu müəyyənləşib. Matc.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Bakıdakı qarşılaşmada meydandakı yerini ala biləcək. Bu barədə İsveç klubunun baş məşqçisi Henrik Ridström məlumat verib. Onun sözlərinə görə, sol cinah oyunçusu Avropa Liqasının I turunda “Reyncers”lə görüşdə çox yükləndiyi üçün yorğunluqdan yüngül zədə alıb: “Ancaq İsveç çempionatında “Myölbü” ilə matçı buraxmaqla özünü toparlaya bilib. Busanello ilə bağlı indi heç bir problemimiz yoxdu”. Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də başlayacaq.

Seçilən
103
matc.az

1Mənbələr