AZ

Plastik-cərrah adı ilə insanları şikəst edənləri rüsvay etmək lazımdır - Xoşqədəm Hidayətqızı

Aparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Səni axtarıram" proqramında plastik cərrahları tənqid edib.Missiya.Az xəbər verir ki, aparıcı proqramına gələn və uğursuz bədənşəkilləndirmə əməliyyatı üçün 4500 manat ödəyən qızın dediklərinə münasibət bildirib.

"Bu həkim sənin bədənini şəkilləndirib beləsən, etməsə necə olardı? Burada kiminsə əleyhinə danışanda da reklam edirəm. Bu nədir? Belə əməliyyat olar? Qız elə bil döyüşdən çıxıb. Biabırçılıqdır. Qadın yaranın içindədir. Belə həkimləri efirə çıxartmaq lazımdır. Xüsusilədə plastik cərrahlar oradan, buradan foto tapıb paylaşırlar ki, sizi əməliyyat edim. Sonra da qadınları pis günə qoyurlar. Zəng etdik, həkim ortada yoxdur. Azərbaycanda bir həkim rəfiqəmi əməliyyat edib və çinlilərə oxşayır. Almaniyada rəfiqəmi görəndə tanımadım. Qadına guya üzgərdirmə etdirib, amma koreyalı, çinliyə oxşatdım. Qadın depressiyadadır, nə toya, nə bir yerə gedir. Plastik-cərrah adı ilə insanları şikəst edənləri rəzil, rüsvay etmək lazımdır", - X. Hidayətqızı əlavə edib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
18
1
missiya.az

2Mənbələr