AZ

Numan Kurtulmuş: "Yeni qlobal sistemə ehtiyac var"

"Sülhü təmin etmək üçün müharibəni dəstəkləyənlərdən daha fəal və daha cəsarətli olmalıyıq".

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Alexander Stubb ilə görüşü zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

O, çıxışında hazırkı iki böyük münaqişə hesab olunan Rusiya-Ukrayna və Qəzza bölgəsindəki vəziyyətə toxunub.

"Türkiyə hər iki tərəflə görüşə bilən yeganə ölkə olaraq, Rusiya və Ukraynanı Dolmabahçedə bir araya gətirdi və ilkin sülh razılaşması hər iki ölkə ilə müzakirə olundu. Təəssüf ki, bəzi ölkələr Ukraynanın sülhə getməsini istəmədi. Bu müharibədə minlərlə günahsız insan həlak olub və ölməkdə davam edir. Həmçinin bu müharibənin bütün regionu, xüsusən də Avropanı təhdid etmək potensialı var. Türkiyə olaraq sülh masasının ən qısa zamanda yenidən qurulmasını tələb edirik. Rusiyasız sülh masasından heç bir nəticə alınmayacağına inanırıq", - deyə Kurtulmuş bildirib.

Türkiyənin İsrailin Yaxın Şərqdəki siyasətini qəbuledilməz hesab etdiyini vurğulayan Kurtulmuşun sözlərinə görə, İsrail təkcə Fələstin torpaqlarına qarşı təcavüz deyil, bütün bölgə ölkələrinə qarşı açıq təcavüz elan edib:

"İsrail Fələstinin suverenliyinə məhəl qoymayıb. İsrailin aqressiv mövqeyi müharibəni daha da genişləndirə bilər. İsrail beynəlxalq sistemi məhv edib. ABŞ başda olmaqla, bəzi ölkələr İsrailin təcavüzünə qeyri-məhdud dəstək verərək insanlığa qarşı cinayətlərin, qırğınların, soyqırımların ortağı olublar. Burada Finlandiya, Türkiyə və bütün sülhsevər ölkələri mühüm vəzifə gözləyir. Biz bütün siyasi fikir ayrılıqlarımızı bir kənara qoyaraq daha ədalətli dünya sistemini necə qura biləcəyimizə diqqət yetirməliyik".

Gülşən Şərif

Seçilən
20
bakivaxti.az

1Mənbələr