AZ

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfır emissiya səviyyəsinə çatmağı planlaşdırır

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfıremissiya səviyyəsinə çatmağı planlaşdırır.

Trend xəbər verir ki, bubarədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş əməliyyatinzibatçısı Yucin Si Bakı İqlim dəyişmələri ilə mübarizə üzrəFəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransdabildirib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2035-ci ilə qədər sıfıremissiya səviyyəsinə çatmağı qarşısına məqsəd qoyub. Biztərəfdaşlarımız və müxtəlif maraqlı tərəflərin dəstəyi ilə bunuhəyata keçirə biləcəyik", - o vurğulayıb.

Yucin Si Bakı limanının digər regional limanlarla fəaləməkdaşlıq etdiyini, informasiya mübadiləsi və yanacaqistifadəsində resurs itkilərinin azaldılması istiqamətində işapardığını qeyd edib. Bu, gəmilərin, yük avtomobillərinin və digərnəqliyyat vasitələrinin limana vaxtında çatdırılmasını təminedəcək.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Seçilən
32
1
az.trend.az

2Mənbələr