AZ

Hollandiya ictimai yayımçıları Qarabağ erməniləri barədə saxta video kadrlar uydurdu...

Image

Dünya dövlətlərinin bəslədiyi erməni lobbisi Ermənistan cəmiyyəti ilə artıq işləyə bilmir, cəmiyyətin böyük əksəriyyəti onların yalanları ilə yaşamaq istəmir. Erməni lobbisi hazırda Nikol Paşinyan hakimiyyətinə müxalifətdə dayanıb daha çox elektorat toplamaq istəyir. 

Ona görə də erməni cəmiyyətinin tərəfdüddə olan həssas qruplarını ələ almaq üçün dünya mediasından istifadə edirlər. Amma erməni lobbisinin fəaliyyət formatı dəyişməz qalıb - uydurduqları yalanlarla erməniləri əzilən, məzlum və zərərçəmiş xalq kimi qələmə verib, onları mübarizəyə qaldırmaq. Erməni cəmiyyəti artıq bu yalanların onların həyatına necə təsir etdiyinin fərqindədir. Qarabağdan könüllü köçmüş ermənilər belə geri dönmək fikrinin üstünə gəlmir. Onların az bir hissəsi Ermənistanda qalmaq, böyük əksəriyyəti isə hökumətdən təzminat alaraq xaricə köçmək fikrindədir. Bu gün İrəvanın hər küçəsində onlarla, mərkəzi küçələrdə isə yüzlərlə dil kursları çox məhsuldar fəaliyyət göstərir. Bu şəhərdə elə dil kursları var ki, orada sıxlıq hətta orta məktəbləri belə üstələyir. Bu dil kurslarında təhsil alanların hamısının hədəfi dil öyrənib xaricə köçməkdir. Belə bir şəraitdə Hollandyanın ictimai kanalı olan NOS erməni lobbisinin sifarişi ilə "Tarixin qəsdən silinməsi" adlı bir veriliş hazırlayıb

"On minlərlə etnik erməninin etnik təmizləmə qorxusu ilə Dağlıq Qarabağ anklavını tərk etməsindən bir il sonra onların əvvəlki mövcudluğunun sübutları getdikcə daha az görünməyə başlayır". Bu barədə Hollandiyanın NOS ictimai yayım şirkəti tərəfindən hazırlanan “Tarixin qəsdən silinməsi” başlıqlı verilişdə deyilir.

Guya NOS-un təsdiq etdiyi peyk fotoşəkillərinə görə, çoxsaylı abidələr, binalar, qəbiristanlıqlar və hətta bütün kəndlər tamamilə dağıdılıb.

Bəli, doğrudan da Dağlıq Qarabağın və ona bitişik yeddi inzibati rayonun mindən artıq kəndi erməni vandalları tərəfindən darmadağın edilib. NOS azərbaycanlılara məxsus kəndlərin fotoşəkillərini "dağıdılmış erməni kəndləri" kimi təqdim edir. Halbuki, NOS-un təqdim etdiyi bütün xarabazar kənd və qəbiristanlıq fotoşəkilləri əslində ermənilər tərəfindən dağıdılmış azərbaycanlilara məxsus kənd və qəbiristanlıqlardır. Ermənilərin öz dağitdıqlari yaşayış məntəqələrini, mədəniyyət abidələrini özlərininki kimi dünya mediasına təqdim etməsi təzə mövzu deyil. Lakin bu şəkilləri yayımlayıb Azərbaycan xalqına və dövlətinə qarşı yalanlar uyduran televiziyalar, o cümlədən də NOS əvvəlcə bir araşdırmalıdir ki, bu şəkillər hansı ərazidən çəkilib və bu qəbiristanlıqları və kəndləri kim dağıdıb. Feyk şəkilləri vasitəsi ilə bütün geometrik parametrləri müəyyən etmək çox asandır.

Qeyd edək ki, Azərbaycan hökuməti son dörd ildə bərpa- quruculuq işləri gedən ərazilərimizdə yalniz qəzali və vaxti keçmiş tikililəri söküb, yerində müasir binalar tikib. Bu da hələlik ermənilərin vaxtilə azərbaycanlılarla birgə yaşadıği, mübahisə predimeti kimi təqdim edilən ərazilərdə deyil, azərbaycanlıların yaşadığı ərazilərdə baş verir.

O ki qaldi fotosəkillərdə təqdim edilən qəbiristanlıqlara, azərbaycanlılara məxsus minlərlə qəbristanlıq ermənilər tərəfindən dağıdılıb. Son 30 ildə salınan erməni qəbristanlıqlarına gəldikdə isə, o qəbirləri də ermənilər özlərı dağıdaraq yaxınlarının nəşinin qalıqlarını özləri ilə Ermənistana apardılar. Hətta bu barədə beynəlxalq medianın hazırladığı reportajlar, video-çarxlar var.

NOS verilişində "Dağlıq Qarabağ"ı anklav adlandırır. Anklavların beynəlxalq hüquqi statusu ondan ibarətdir ki, bir dövlətin ərazisi ilə əhatələnmiş başqa bir dövlətə məxsus ərazi olsun. Məsələn, Rusiyanın Kalininqrad vilayeti, Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi ərazilər anllav sayılır. Keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin ərazisi həmişə Azərbaycana məxsus olub. Bu ərazinin Ermənistanın anklavi olmasına dair Ermənistan dövlətinin belə heç bir fikri və ya ifadəsi olmayıb. Görünür, NOS "papadan daha çox xristian olmaq" fikrindədir. Bu da beynəlxalq hüququn pozulmasıdır. Çunki BMT-nin qəbul etdiyi xəritə ilə bütün dünya dövlətləri, o cümlədən də Hollandiya və Ermənistan Azərbaycanın ərazi bütövlüyünu tanıyıb.

NOS hazirladığı bu bədnam verilişdə bəyan edir ki, guya əllərində Azərbaycan əsgərinin erməni kilsəsinə girib orani dağitdığını əks eydirən kadrlar var. Xeyir ola, NOS əlində "dağıdılmış  erməni kənd və qəbristanlıqlarının" fotoşəkluni paylaşır, amma "əlində olan" sözügedən kadrları paylaşmır? Bu onu deməyə əsas verir ki, NOS-un əlində belə bir kadr yoxdur. Olsaydı, böyük məmnuniyyətlə nümayiş etdirərdi.

Fikrimizcə, Azərbaycan Respublikasının İctimai Televiziyası yuxarida qeyd etdiyimiz faktlarla NOS-u ifşa etməlidir və onun yalanlarını sübutlarla təsdiqləyib,  rəsmi müraciət təqdim etməli və təkzib verməyini tələb etməlidir.

Bununla yanaşı, Xarici İşlər Nazirlyi Hollandiyaya nota verməlidir. Çünki bütün ictimai televizyaların dövlət qarşısında öhdəliyi var ki, yalan məlumat yaymayacaq. Bu halda NOS holland cəmiyyətinə heç bir dəxli olmayan, yalan məlumatlar əsasında veriliş hazirlayıb. Bu, dövlət qarşısında televiziyaya məsuliyyət yaradir.

Akif NƏSİRLİ





Seçilən
30
baki-xeber.com

1Mənbələr