İtaliyanın “Udineze” klubu Umar Soleni heyətinə cəlb edib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı fransalı müdafiəçi İtaliya təmsilçisinə azad agent statusunda keçib. Onunla 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Lakin o, yeni komandasında 2025-ci ilin yanvarından tez çıxış edə bilməyəcək.
Qeyd edək ki, Umar Sole karyerası ərzində 169 oyuna çıxaraq 6 qol vurub və 9 qolun ötürməsini edib. Onun son klubu “Salzburq” komandası olub.