AZ

Stomotoloji sahə ilə məşğul olan “Armada” şirkətini cərimə gözləyir - SƏBƏB

Stomotoloji sahə ilə məşğul olan “Armada” şirkətini cərimə gözləyir - SƏBƏB




Azərbaycan Mərkəzi Bankı (AMB) stomotoloji sahə ilə məşğul olan “Armada” MMC-yə cərimə yazılıb.İqtisadiyyat.az xəbər verir ki, şirkət valyuta tənzimi qaydalarının pozmaqda ittiham olunur.MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib olunan cərimə protokolu daha sonra baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.Xatırladaq ki, “Armada” MMC bundan əvvəl də sözügedən qanunvericiliyi pozmaqda ittiham olunduğu üçün barəsində cərimə protokolu tərtib olunub.




Xəbərin oxunma sayı :
52

Seçilən
133
33
azfakt.com

10Mənbələr