Şolts Putinlə danışmaq istəyir - 2022-ci ildən sonra ilk dəfə
Almaniya kansleri Olaf Şolts təxminən iki ildən sonra ilk dəfə Vladimir Putinlə telefonda danışmaq niyyətindədir. “AzPolitika” xəbər verir ki, Almaniyanın “Die Zeit” nəşri Almaniya hökumətindəki mənbələrinə istinadla belə bir məlumatla çıxış edib.Şoltusn noyabrda Braziliyada keçiriləcək G20 görüşündən əvvəl Putinlə danışmaq imkanı nəzərdən keçirilir. Lakin hələlik Berlindən danışıq üçün heç bir müraciət daxil olmayıb.Şoltsla Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub.ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da sonuncu dəfə 2022-ci ildə Putinlə danışıb.
Xəbərin oxunma sayı :
46
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta