Mask yenidən ABŞ-nin ən varlı şəxsi oldu - SİYAHI
Amerikalı biznesmen İlon Mask sərvətinin azalmasına baxmayaraq, ardıcıl üçüncü dəfə ABŞ-nin ən varlı şəxsi olaraq qalır.Bu barədə "Forbes" jurnalı yazıb.Nəşrin yazdığına əsasən, Maskın sərvəti 244 milyard dollar olaraq qiymətləndirilir. Bununla belə, son bir ildə sahibkar 7 milyard dollar itirib. ABŞ-nin ən varlı şəxsləri siyahısında ikinci yeri "Amazon"un qurucusu Ceff Bezos tutub. Onun sərvəti 197 milyard dollar göstərilir. Üçüncü yerdə isə Mark Zukerberq qərarlaşıb ki, onun sərvəti şirkətin səhm qiymətlərinin kəskin artımı sayəsində 181 milyard dollara çatıb.Forbes versiyasına görə, ABŞ-nin ən varlı insanları siyahısına ümumilikdə 400 nəfər daxildir. Onların ümumi sərvəti cari ildə 5,4 trilyon dollardır.
Xəbərin oxunma sayı :
1
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta