Robin Le Norman Madrid derbisində başından zədə alıb və qeyri-müəyyən müddətə sıradan çıxıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı "Atletiko"nun rəsmi saytı paylaşıb. Bildirilrir ki, mərkəz müdafiəçisi İspaniya La Liqasının 8-ci turu çərçivəsində keçirilən Madrid derbisində (1:1) "Real"ın yarımmüdafiəçisi Aurelien Çouameni ilə toqquşaraq başından ciddi zədə alıb. Müayinələrdən sonra həkimlər müəyyən ediblər ki, müdafiəçinin subdural hematoma ilə kəllə-beyin travması var. Həkimlər futbolçunun meydana nə vaxt çıxa biləcəyini söyləmirlər, lakin bu məsələ ciddi nəzarətdə saxlanılacaq. Bu növ zədə üçün bütün tibbi protokollara da əməl olunağı bildirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta