AZ

İran İsrailə yüzlərlə raket atdı - Ölənlər var+Yenilənir

İsrail ordusu İrandan İsrailə raketlərin atıldığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi teleqram hesabında paylaşım edib.

Hücumla bağlı əlavə detallar hələlik açıqlanmayıb.

“İrandan İsrailə raketlər atıldığı üçün mülki şəxslər bunkerlərdə sığınıb”, - qeyd edilib.

***

“Al-Arabia”nın məlumatına görə, raketlərdən biri İordaniyanın hava məkanına daxil olub.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə qarşı onlarla raket atdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bildirilib ki, İsrailin hərbi müqaviməti baş tutarsa, sarsıdıcı cavabla üzləşəcək.

***

“Jerusalem Post”un xəbərinə görə, İrandan İsrailə doğru 400-ə yaxın raket atılıb.

***

“CNN”in məlumatına görə, hava hücumları nəticəsində 4 nəfər həlak olub.

Seçilən
27
4
qafqazinfo.az

4Mənbələr