AZ

Dünya və Avropa çempionu meydanı tərk etdi

Andres İnyesta möhtəşəm karyerasını başa vurmaq qərarına gəlib.

İspaniya yığmasının millisinin sabiq futbolçusu 40 yaşında yaşıl meydanı tərk etməyi lazım bilib. Yarımmüdafiəçi bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. Onun sonuncu klubu “Emireyts” (BƏƏ) olub.

Dünyanın ən yaxşı yarımmüdafiəçilərindən sayılan İnyesta daha çox “Barselona”dakı çıxışı ilə tanınıb. O, 23 illik peşəkar futbolçu karyerası ərzində İspaniya yığması ilə 1 dəfə dünya, 2 dəfə Avropa, “Barselona” ilə 9 dəfə İspaniya çempionu olub. O, bundan başqa, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun, 1 dəfə Yaponiya çempionatının qalibi adına da yiyələnib. 2018-ci ildə “Barselona”dan ayrıldıqdan sonra 5 il Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən futbolçu milli formada 131 oyuna 13 qol vurub.

Seçilən
50
football-plus.az

1Mənbələr