AZ

Husilər Britaniyaya məxsus tankeri vurdu

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dəniz və Hind okeanında iki ticarət gəmisinə hücum edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya husilərin “Əl-Məsirə” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Qırmızı dənizdəki hücumun hədəfi pilotsuz uçuş aparatı, pilotsuz qayıq, həmçinin səkkiz ballistik və qanadlı raketlə hücuma məruz qalan Britaniya neft tankeri “Cordelia Moon” olub. “Maratopolis” isə iki dəfə - Hind okeanında və Ədən körfəzində hücuma məruz qalıb.

Seçilən
27
1
olke.az

2Mənbələr