AZ

İranda çay daşması 15 nəfərin həyatına son qoyub



İranın Kirman əyalətinin Ciroft rayonunda leysan yağışları belə səbəb olub.

Newscenter.az İRNA-ya istinadən xəbər verir ki, sel nəticəsində əksəriyyəti Əfqanıstan vətəndaşı olan 15 nəfər həyatını itirib.

Kirman vilayətinin Qızıl Aypara sədri Rza Fellah deyib ki, 13 saatdan çox davam edən axtarış-xilasetmə işləri nəticəsində 15 nəfərin cansız bədəni tapıldı. Onlardan biri İran, 14-ü isə xarici ölkə vətəndaşıdır.

Fellah qeyd edib ki, axtarış-xilasetmə işləri nəticəsində 2 nəfər xilas edilib.

Anar Əliyev
Seçilən
33
newscenter.az

1Mənbələr