AZ

İsrail-Livan müharibəsi - ŞƏRH

2023-cü ilin 7 oktyabr tarixində HƏMAS-ın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı genişmiqyaslı hücum əməliyyatları başlanıldı. Artıq 1 ilə yaxındır davam edən müharibə nəticəsində minlərlə adam öldü və öz yurdlarından didərgin düşdü. Qəzza-İsrail səddini aşan silahlılar qısa zamanda Qəzza sərhəd keçid məntəqələrinin yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil etdilər. Bu gün isə vəziyət bir xeyli dəyişib…

Müharibə qurbanlarının sayı artıb və bu, siyasi oyuna çevirilib. Artıq İsrail Livana hücumlara başlayıb.

Bəs Fələstindən sonra Livana hücum etməkdə əsas səbəb nədir? İsrail niyə belə addım atır? Bölgədəki vəziyyət daha da pisləşə bilərmi?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Tofiq Abbasov deyir ki, bölgədə çox geniş miqyaslı müharibənin təməli qoyuldu. Bu işdə İsrail bilavasitə iştirakçıdır:

“İsrailə dəstək verən ABŞ isə Təl-Əviv rejiminə rəvac verir ki, onlar daim hücumda olsunlar. Bu çox təhlükəli bir prosesdir. Müharibə gedən yer dünyanın ən həssas yeridir. Çünki böyük dövlətlərin marağı bu yerdə kəsişir. Belə olduğu zaman daha böyük aktorlar bu müharibəyə qatıla bilər. Biz Netanyahunun sırf “qızışdırıcı” rolunu görürük. Həsən Nəsrullahın qətlinə qərar verən də şəxsən onun özü oldu. Çünki ona yaxşı məlumdur ki, rəsmi Tehranla Vaşinqton arasında təmaslar və anlaşmalar var”.

Müsahibimiz deyir ki, onlar məntiqi sonluğa çatmasın deyə, Netanyahu bu əməliyyatın həyata keçməsinə razılıq verdi. Həsən Nəsrullahın öz qətlində belə çox böyük günahı var. Çünki son günlər ərzində o, öz hərbi komandirlərinin dəfn günündə iştirak etdi. O isə bunu qəti etməməli idi. Onları terorçu adlandırırlar, amma onlar terrorçu yox, müqavimət hərakatıdırlar. Çünki Hizbullah son zamanlarda Qəzzada baş verən hadisələrə görə İsrailə “gözün üstündə qaşın var” demədi.

“Hizbullah şiə təşkilatı olmasına baxmayaraq Qəzzaya kömək etdi. İsrail dövlət quldurluğu həyata keçirdi. Dünya isə buna yenə də susdu. Bir prezidentin, digər dövlətdə qonaq olduğu halda qətlə yetirilməsi praktikada yox idi, amma indi var. Onlar öz texnalogiyaları ilə öyünürlər. Həmin texnalogiyalar daha çox Rusiyada inkişaf etdirilib. Məhz “peycer” aparatları da Rusiyada icad olunub. İranın özü də bu gün çox böyük irəliləyiş əldə edib. Bunu qərb, o cümlədən İsrail rahat həzm edə bilmir. Çünki aprel ayında İranın İsrailə endirdiyi zərbələrdə 4 raket dəqiq hədəflərə dəydi. İran bu gün İarailə çox böyük problemlər yarada bilər”.

T.Abbasovun fikrincə İsrail İranın üzərinə getsə, darmadağın ediləcək. Amma ABŞ bu məsələyə qoşulsa, əksinə İran problemlər yaşayacaq. İran bu gün öz sərhədlərini gücləndirir. Təsadüfü deyil ki, helikopterin partlaması nəticəsinə ali rütbətli zabitlər həlak olur. Məsələ burasındadır ki, indiki məqam çox təhlükəlidir. Açıq-aşkar İsrail bu gün nümayiş edir ki, ABŞ-nin oyuncağıdır. Söhbət ədalətdən gedirsə, Azərbaycan 30 il müddətində dünyaya sübut etməyə çalışdı ki, Ermənistan separtizmi dəstəkləyir, Azərbaycana qarşı soyqırımı siyasəti yürüdür, amma dünya bizi eşitmirdi. Bu gün də dünya ərəbləri eşitmir. Bu proses isə faciə ilə bitəcək. Pakistan hətta dünyanın nəzərinə çatdırdı ki, İslam ölkələrində nüvə potensialı var.

“Məncə burada təkcə Pakistanın yox, İranın da potensialı var. O potensiallar işə düşsə, insanlığı böyük təhlükə qarşısında qoyacaq. Sağlam qüvvələr dünyada var. Onlar əvvəl-axır bu prosesə münasibət bildirəcəklər. Livan isə növbəti qurbandır. Bu dövlətə qarşı da işğal başlayıb. İsrail qüvvələri iki dəfə Livan ərazisinə girsələr də, bu ərazidən qaçmalı oldular. Necə ki, ABŞ qüvvələri vaxtı ilə Əfqənistandan qaçmalı oldu. Bu tarix isə mütləq şəkildə yenidən təkrarlanacaq. Müsəlman dövlətlərinin əksəriyyəti isə çox riyakar mövqedən çıxış edir”.

Seçilən
22
operativmm.az

1Mənbələr