AZ

İranın İsrailə 400 raket atdığı bildirilir

Yayımlandı: 1 Oktyabr 2024 21:53 İsrail, hələ ki, itkilərin olmadığını deyir İranın İsrailə raket zərbələri endirdiyi bildirilir. Bu barədə oktyabrın 1-də İsrailin Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb. Qeyd olunub ki, ölkə sakinləri sayıq qalmalı və komandanlığın göstərişlərinə ciddi əməl etməlidirlər: “İMQ İsrail dövlətinin mülki əhalisini qorumaq üçün lazım olan hər şeyi edir və edəcək”. Açıqlamada 400-ə yaxın raketin buraxıldığı vurğulanıb. İsrail rəsmi qurumları bildirib ki, hələlik xəsarət alan yoxdur İran İslam İnqilabı Keşikçiləri Korpusu isə hücumu Həmas lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İİKK komandiri Abbas Nilfruşanın qətlinə cavab adlandırıb. 2024-cü ilin aprelində İran İsrailə raket və PUA-larla atəş açıb. Bu, tarixdə ilk dəfə baş verən hadisə idi. Ümumilikdə, bir neçə yüz raket və pilotsuz təyyarə buraxılıb, demək olar ki, hamısı vurulub. İran hücumu İranın Dəməşqdəki diplomatik missiyasına edilən zərbəyə sui-qəsd cavabı kimi qiymətləndirib. Qeyri-rəsmi kanallar vasitəsilə rəsmi Tehran münaqişənin genişlənməsini istəmədiyini açıq şəkildə bildirib. Meydan TV

Seçilən
111
xural.com

1Mənbələr