"Atletiko" rəhbərliyi "Real"la 8-ci tur qarşılaşmasında (1:1) qapıçı Tibo Kurtua müxtəlif əşyalar atdıqları üçün 60-a yaxın azarkeşin oyunlara gəlməsini qadağan edəcək. Matc.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. Bildirlrir ki, "Atletiko"da klubdaxili iclas keçirilib və toplantıda "Real"a oyunda baş verənlərə bənzər vəziyyətlərə bir daha yol verilməməsi qərara alınıb. Həmçinin qeyd edilib ki, yaxın gələcəkdə stadionda olanların kimliyini gizlədə biləcək hər hansı əşyanın istifadəsinə qadağa qoyulacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta