AZ

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, «Cahangirbəyli» su elektrik stansiyasının açılışında iştirak etməsi, bir çox obyektlərdə görülən işlərlə tanış olması, verilən vədlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini göstərir. İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürur vericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır və hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır.
Ötən il sentyabrın 29-də “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi» mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində dövlət başçımız bildirib ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır.  Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı «ağıllı kəndi»nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb.
Azad olunmuş  ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Ölkəbaşçımızdaimqeydedir  ki, işğaldan azad olunmuş ərazilərin bərpasında bizə rəqib olan ancaq zamandır. Bu gün Qarabağın, işğaldan azad edilmiş bütün ərazilərimizin dirçəlişi üçün ən yüksək standartlarla inkişaf planı və proqram hazırlanmış,  həyata keçirilməyə başlanmışdır. Füzuli və Zəngilan rayonlarında Beynəlxalq Hava limanlarının qısa zamanda  istifadəyə verilməsi, işğaldan azad olunmuş bütün ərazilərdə elektrik stansiyalarının qurulması, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, mədəniyyət paytaxtı Şuşanın dirçəldilməsi istiqamətində  misilsiz işlərin görülməsi sözün həqiqi mənasında ölçüyə gəlməzdir. Bunu yalnız beynəlxalq təşkilatlar deyil, hətta  erməni mətbuatı və  siyasətçiləri  də etiraf edirlər. Dövlət başçımızın qeyd etdiyi kimi,  bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Artıq Qarabağ münaqişəsinin hərbi-siyasi yolla həllinə nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Reallıq ondan ibarətdir ki, dayanıqlı Azərbaycan iqtisadiyyatı qarşısında Ermənistan heç bir zaman tab gətirə bilməzdi. Müharibədən öncəki çıxışlarında hər zaman Prezident İlham Əliyev bildirirdi ki, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar: “Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdır. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!”
Sevindirici haldır ki, artıq azad Cəbrayıla keşmiş məcburu köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz 4 oktyabr – Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub. 2024-cü il sentyabrın 30-da Cəbrayıl şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə, indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib.
Azərbaycan Ordusu ata-baba torpaqlarını erməni terrorçu xunta rejimindən təmizlədi və bununla bir daha sübut olundu ki, dövlət başçısının dediyi heç bir sözə bəs yerə deyildi. Bu gün  Azərbaycan regionun lider və qalib ölkəsi kimi qətiyyətli  Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir.

Cavid Fərhadov – Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit

Seçilən
344
moderator.az

1Mənbələr