AZ

İran İsrail üzərinə raket hücumu edib

İsrail ordusu bildirir ki, oktyabrın 1-də, Birləşmiş Ştatlar belə bir hücumun olacağını bildirəndən sonra İran İsrail üzərinə çox sayda raket atıb.İsrail Müdafiə Qüvvələri X platformasında raketlərin atıldığını təsdiq edib.İranın rəsmi IRNA agentliyi Telegram-da yazır ki, İsrail üzərinə onlarca ballistik raket atılıb.Ağ Ev bildirir ki, ABŞ prezidenti Co Bayden ABŞ ordusuna İran raketlərinin vurulması əmrini verib.ABŞ Milli Təhlükəsizlik Şurasını sözçüsü Şon Savett (Sean Savett) X platformasında yazıb ki, Bayden və vitse-prezident Kamala Harris hadisələri Ağ Evdəki “situasiya otağından” izləyir və müntəzəm qaydada məlumatlar alırlar.İsrail ordusunun sözçüsü hücumun artıq dayandığını elan edib və sakinləri sığınacaqlardan çıxmağa çağırıb.Ordu nümayəndəsi Daniel Haqqari deyib ki, kiminsə xəsarət almasına dair hələ ki, heç bir məlumat yoxdur.O hücumu “ciddi” adlandırıb və “nəticələrinin” olacağını bəyan edib.Bu da xəbər verilir ki, İsrail tərəfindən işğal edilmiş Qərb sahilinin Yerihon şəhərində vurulan raketlərdən birinin qırıntılarının düşməsi nəticəsində bir fələstinli həlak olub.Bu arada İsrail polisinin verdiyi məlumata görə Tel Əviv şəhərində bıçaqlı və odlu silahla hücum nəticəsində azı 6 nəfər öldürülüb və daha 9 nəfər yaralanıb.İslam İnqilabı Keşikçilıəri Korpusu (İİKK) isə bildirir ki, raket hücumu Tel Əviv ətrafında yerləşən üç hərbi bazanı hədəfləyib.İİKK xəbərdarlıq edib ki, əgər İsrail bu hücuma cavab versə, Tehranın reaksiyası “daha əzici və daha dağıdıcı” olacaq.Kəşfiyyat xəbərdarlıq etmişdiBundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ administrasiyasının vəzifəli rəsmisinin sözlərinə görə İran İsrail üzərinə “qaçılmaz” ballistik raket hücumuna hazırlaşır.Rəsmi xəbərdarlıq edib ki, bu baş verərsə, Tehran üçün çox ciddi nəticələrə səbəb olacaq.Adı çəkilməyən administrasiya rəsmisi deyib ki, Birləşmiş Ştatlar İsrailin müdafiə hazırlıqlarını ciddi şəkildə dəstəkləyir.Bugün oktyabrın 1-də İsrail hərbiyyəsi sərhəd boyunca yaşayan onlarca Livan icmasının üzvlərini evakuasiya olunmağa çağırıb.İsrail bundan az əvvəl onun təbirincə deyilərsə, Hizbulllahın infrastruktur və obyektlərinə qarşı “məhdud quru əməliyyatına” başlayacağını elan etmişdi.Ağ Ev kəşfiyyatın bu məlumatını təsdiqləyəcək heç bir dəlil-sübut təqdim etməyib.ABŞ-ın CNN telekanalı bildirir ki, İranın iddia olunan hücumunun mümkün miqyası hələlik məlum deyil.Ağ Ev bildirib ki, ABŞ raketlərin vurulması üçün mümkün olan bütün silahlarını İsrailin ixtiyarına verməyə hazırdır.Bu ilin aprelində artıq belə bir vəziyyət baş vermişdi. O vaxt İran İsrail istiqamətində çox sayda raket və dron atmışdı. Bu raket və dronların böyük əksəriyyəti elə uçuşdaca zərərsizləşdirilmişdi.İran hələ ki, şərh etmirİran mediası hələ ki, Tehranın İsrail üzərinə “qaçılmaz hücumu” barədə heç bir məlumat verməyib.Bəzi medialar İsrailin artıq Livan ərazisinə daxil olduğunu yazırlar.Bu quru əməliyyatından əvvəl İsrail ordusu Livandakı obyektlərə ağır hava zərbələri endirib.Belə zərbələrdən biri nəticəsində Hizbullahın bir sıra komandanları, o cümlədən təşkilatın rəhbəri Həsən Nəsrullah həlak olub.Livan hökuməti hava zərbələri nəticəsində həm də yüzlərlə dinc sakinin həlak olduğunu bildirib.Bundan əvvəl Hizbullahın raket zərbələrinə görə İsrailin şimal sərhədyanı ərazisinin sakinləri təxliyə olunublar.Hizbullah ABŞ-da terrorçu təşkilat kimi tanınır, lakin Avropa İttifaqında onun yalnız silahlı qolu terrorçu siyahısına salınıb. Hizbullahın siyasi qolu Livan parlamentində mandatlara malikdir.

Seçilən
96
50
anaxeber.info

10Mənbələr