Zaxarova: ABŞ-nın Yaxın Şərq siyasəti iflasa uğrayıb
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonu kəskin tənqid edib.
Reyting.az yerli KİV-ə istinadla xəbər verir ki, Rusiya diplomatiya idarəsinin rəsmisi M. Zaxarova bu barədə “Telegram” kanalında açıqlama yayıb.
Zaxarova deyib ki, Bayden administrasiyası Yaxın Şərqdə tam uğursuzluğa düçar olub:
“İndi biz yalnız güclənən qanlı dramı müşahidə edirik. Ağ ev isə qeyri-müəyyən bəyanatlar verməklə məşğuldur”.
ELÇİN