Dubayın aviaşirkəti "Emirates" İranın İsrailə qarşı raket hücumundan sonra bəzi beynəlxalq uçuşları ləğv edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
"Bir gecədə hava məkanımızın bağlanmasından sonra, Emirates bəzi uçuşları ləğv etdi və digərlərini yönləndirdi. Biz vəziyyəti yaxından izləyirik" , - məlumatda deyilir.
Aviaşirkət oktyabrın 2-nə planlaşdırılan Tehran, Əmman, Bağdad və Bəsrəyə bütün reysləri ləğv edib. Adətən İran hava məkanından həyata keçirilən Moskvaya uçuşlar isə qrafikə uyğun olaraq həyata keçirilir.
Gözəl Həşimova