AZ

Azərbaycanda yeni bəla

Türkiyədə yeni aparılan araşdırmada uşaq və gənclərin apteklərdən reseptsiz aldıqları hormon dərmanları ilə cinsiyyətlərini dəyişə bildikləri iddia edilib. Almaniyada apteklərdə 5 hormon dərmanından 3-nü həkim icazəsi olmadan almaq mümkün deyil. Lakin Türkiyədə son illərdə tələbatı artmış bu dərmanları istənilən zaman əldə etmək mümkündür.

Bəs Azərbaycanda vəziyyət necədir?

Publika.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən reseptsiz buraxılan dərman vasitələrinin siyahısı təsdiq olunub:

“Bu siyahıda olmayan dərman vasitələri aptekdən reseptlə buraxılmalıdır. Həmin siyahı ilə Analitik Ekspertiza Mərkəzinin (AEM) www.pharma.az rəsmi saytında "Nəzarət" bölməsinə Qanunvericilik alt bölümünə daxil olaraq tanış olmaq olar”.

Mövzu ilə bağlı Publika.az-a açıqlama verən uşaq endokrinoloqu Nabat Ağayeva isə qeyd edib ki, hormonal preparatlar göstərişə əsasən tətbiq olunmalıdır:

“Yalnız hormonal deyil, istənilən preparatın düzgün göstərişlə tətbiq olunmaması uşaqlarda mənfi fəsadlara yol aça bilər. Ölkəmizdə məsələni daha təhlükəli edən vacib faktor isə bu preparatların nəinki reseptsiz satılması, qeyri-ixtisas sahibləri tərəfindən təyin olunaraq pasientlərə məsləhət görülməsidir. Çünki bu preparatlar bahalıdır. Pasiyentlər özləri könüllü surətdə bu preparatları almırlar. Problem yanlış mütəxəssislər tərəfindən bu preparatların təyin olunmasıdır”.

Seçilən
25
15
publika.az

10Mənbələr