AZ

İranda uçuşların ləğvi müddəti uzadılıb

Bakı. Trend:

Uçuşların təhlükəsizliyin qorunması və bölgədəki şəraiti nəzərəalaraq İranda bütün uçuşların ləğvi müddəti 3 oktyabr saat05:00-dək uzadılıb.

Trend-inməlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsüCəfər Yazərlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bilet almış sərnişinlərin pulu onlara geriqaytarılacaq.

Yazərlu deyib ki, uçuşların bərpa olunması ilə əlaqədar məlumatictimaiyyətə çatdırılacaq. Həmçinin hava yolları şirkətləri gələngünlərdə uçuşların həyata keçirilməsi haqda lazımi məlumatlarıverəcəklər.

Qeyd edək ki, İranın Mülki Aviasiya ötən gecə ölkə səmasındauçuşların 2 oktyabr yerli vaxtla saat 10:00-dək ləğv edildiyinielan edib.

Xatırladaq ki, 1 oktyabrda İran İslam İnqilabı KeşikçilərKorpusu (SEPAH) İsrailə onlarla ballistik raket atdığını elanedib.

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr