AZ

“Hizbullah” Qəbələ RLS-i PARTLATMAQ İSTƏYİB - ŞOK DETALLAR

İsrailin Beyrutu bombalaması nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahla birlikdə ölən Əli Karaki haqda faktlar yenidən gündəmə gəlib. Əli Karaki “Hizbullah”ın ən təcrübəli komandirlərindən biri kimi tanınıb. O, qruplaşmanın bir çox əməliyyatlarına şəxsən rəhbərlik edib. Bunun fonunda Əli Karakinin adı Azərbaycanın tarixinə Bakıda terror aktı törətmək istəməsi ilə düşüb. Belə ki, 2008-ci ildə Livan vətəndaşları Əli Karaki, Nəcməddin Əli Hüseyn “Hizbullah” və “Əl-Qaidə” təşkilatlarının rəhbərləri tərəfindən təlimatlandırılaraq Azərbaycana göndəriliblər.(Globalinfo.az)  Xüsusilə Əli Karaki Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi planlaşdırıb. Dəstə üzvləri bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, planı həyata keçirməyə nail olmayıblar. İttiham aktından məlum olur ki, Əli Karaki və digərləri 2008-ci il mayın 8-də İsrail dövlətinin yaranmasının 60 illik yubileyi günü bu dövlətin Bakıdakı səfirliyində də terror aktı törətməli imiş. Belə ki, 2008-ci ilin aprelində Əli Nəcməddin Ə.Şükürovla İzmir küçəsində kirayələnən mənzilə 1 kiloqram 400 qram plastid adlı partlayıcı maddə, trotil şaşkası, 2 ədəd “EDP-8" tipli elektrodetonatoru və izləmə üçün əlavə durbin, "Soni" markalı videokamera aparıblar. Aprelin 30-da Əli Karaki Ə.Şükürova və Əli Nəcməddinə izləndiyini bildirib. Buna görə də özlərini şübhəli göstərməmək üçün sakitcə yaşadıqları ünvanlara gedib, sonrakı günlər ərzində gizli yollarla İrana qayıtmağı razılaşdırıblar. Növbəti gün Əli Nəcməddin Əli Karaki ilə 28 May küçəsindəki aviakassaya gəliblər. Orada İrana təyyarə bileti almaqla qonşu dövlətə təyyarə ilə gedəcəyi təəssüratı yaratmaq istəyiblər. Daha sonra isə “20 Yanvar” metrosunun yanına gələrək Astaraya, oradan İrana getməyi planlaşdırıblar. Lakin “20 Yanvar” metrosunun yanında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları Əl Nəcməddindən şübhələnib onu saxlayıblar. Sonradan dəstənin digər üzvləri də ölkəni tərk etmək istəyərkən həbs olunublar. Dəstə üzvlərinin evlərində və kirayə yaşadıqları ünvanlarda aparılmış axtarış zamanı İsrail səfirliyinin, Qəbələ Radiolokasiya Stansiyasının yüksəkdən çəkildiyi fotoşəkillər, Yəhudi Mədəniyyət Mərkəzinin video və fotogörüntüləri olan kaset və disklər, silah-sursat, partlayıcılar götürülüb. Araşdırmaçı-tarixçi Tural Həmid yazır ki, o vaxt 15 il həbs cəzası alan Ə.Karaki sonradan İran və Azərbaycan arasında danışıqlardan sonra dəyişdirildi. Karaki bu müddət ərzində "Hizbullah"ın üçüncü adamına qədər yüksəldi. 2024-cü il sentyabrın 27-də isə İsrailin Beyruta hücumu zamanı “Hizbullah” lideri Həsən Nəsrullahla birgə ölüb.  vakansiyalarDeputat, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, terrorçunun dini, məzhəbi olmur: “Qəbələ RLS texniki parametrlərini və münasib yerləşməsini nəzərə alsaq, zamanında dünyada heç bir tayı-bərabəri yox idi. Adətən stansiyanı SSRİ-nin "gözü və qulağı" adlandırırdılar. Stansiya  Hind okeanı hövzəsi daxil olmaqla, dünyanın böyük bir hissəni nəzarətdə saxlaya bilirdi. Stansiya üzərindən əldə olunan məlumatlar dövlətlərarası informasiya mübadilə razılaşmalarına əsasən, bir-birinə ötürülürdü. Məsələn, 1991-ci ildə İraqda gerçəkləşdirilən “Səhrada Fırtına” əməliyyatı zamanı Qəbələ RLS ABŞ bombardmançılarından, gəmilərindən və sualtı qayıqlarından 302 qanadlı raketin baraxılması, 15 raketin trayektoriyaya çıxa bilməməsi və 30 raketin də İraq hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilməsi hallarının hamısını istisnasız olaraq qeyd etdi. Amma bu stansiyadan əldə olunan məlumatların İsrailə ötürülməsi barədə hər hansı bir sübut yoxdur.  İranla bağlı məlumatların İsrailə ötürülməsinin nə dərəcədə real olmasının sübutu yoxdur. Düşünmürəm ki, İsrail Qəbələ RLS-in imkanlarından istifadə edib. Zamanında belə bir stansiyanın partladılması regionda böyük ajiotaj yarada bilərdi. Ümumiyyətlə isə Qəbələ RLS çox ciddi şəkildə qorunurdu. Orada terror törədilməsi də sıradan bir məsələ deyildi. Bu baxımdan, Azərbaycana göndərilən terrorçu dəstənin həbsi də təəccüblü deyildi". Arzu Nağıyev deyib ki, əməliyyat şəraiti hər zaman olduğu kimi, bu gün də tam nəzarət altındadır: “Cənab Prezident də qeyd etdi ki, sərhədlərimizdən Azərbaycana gələcək hər hansı bir təhlükə, təhdidin qarşısı mütləq şəkildə alınmalıdır. Vətəndaşlamız da ayıq-sayıq olmalı, uzun illərdən sonra bərpa edilmiş ərazi bütövlüyümüzün qorunması üçün atılan addımlara dəstək verməlidirlər”. 














Paylaş:

Seçilən
93
17
regionxeberlericom.az

10Mənbələr