AZ

İran İsrailə raket zərbələri endirib

İran İsrailə raket zərbələri endirib.
Bu barədə İsrail ordusunun yaydığı bəyanatda bildirilib.
Raket hücumuna görə ölkənin hər yerində, xüsusən də paytaxt Təl-Əvivdə sirenlər işə düşüb.
İsraillilərə xəbərdarlıqlara əməl etmələri və təhlükəsiz yerlərdə qalmaları ilə bağlı çağırış edilib.
İsrail media orqanları ölkəyə yüzdən çox raket atıldığını açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusunun yaydığı bəyanatda bu ifadələrə yer verib: "İsrailə onlarla raket atdıq və cavab hücum həyata keçirilərsə bir daha onları hədəf alacağıq".
Bəyanatda həmçinin bildirilib ki, bu gecəki hücum İsrailin ''Həmas'' lideri İsmayıl Haniyə, ''Hizbullah'' lideri Həsən Nəsrullah və İran generalı Abbas Nilfuraşanın öldürüldüyü hücumlarına cavab olaraq həyata keçirilib.



Seçilən
10
1
trt.net.tr

2Mənbələr