AZ

Taekvondoçumuz dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Vasif Səlimov (63 kq) Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Milli üzvü yarımfinalda uduzaraq üçüncü olub.

Səlimov Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə bolqarıstanlı rəqibinə uduzub.

Qeyd edək ki, bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.

Seçilən
14
7
cbcsport.az

8Mənbələr