AZ

Aşıq Ələsgərin irsi əbədi yaşayacaqdır

Aşıq Ələsgərin irsi əbədi yaşayacaqdır




Azərbaycan xalqı hər zaman öz mədəniyyəti, mədəni irsi, görkəmli tarixi şəxsiyyətlərinə dəyər vermiş, hörmət etmiş xalqdır. Belə ki, 30 sentyabr Azərbaycanın məşhur şəxslərindən olan Aşıq Ələsgərin abidəsinin açılışı baş tutdu. Açılışı Prezident İlham Əliyev həyata keçirdi. Eyni zamanda, burada Azərbaycanın görkəmli şəxsləri, bir qrup mədəniyyət işçiləri də iştirak edirdi.      Aşıq Ələsgər sənətinə hörmətin nəticəsi olaraq, hələ 3 il əvvəl onun adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev iki Sərəncam imzalamışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.Və bu gün şəhərimizin gözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.      Bildiyimiz kimi Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır.Prezidentin bildirdiyi kimi görkəmli hətta şəxs də ermənilərin etnik təmizləməsinə məruz qalmışdır. Bu hadisə ilk dəfə 1918-ci ildə baş tutdu və şairin 97 yaşı var idi. Lakin müəyyən müddət sonra o doğma kəndinə qayıda bilmiş, ömrünü Göyçə mahalında başa vurmuşdur.      Prezident İlham Əliyevin açılış zamanı çıxışı da baş tutdu və bu çıxış müəyyən mesajlarla yadda qalmış oldu. Belə ki, o şairə göstərilən diqqətdən də bəhs etdi: "1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi". Beləliklə ermənilərin bu vəhşiliyinə ölkəmizin Qarabağı azad etməsindən sonra erməni vandallarının tariximizə, mədəniyyətimizə, dəyərli irsimizə vurduğu zərbənin şahidləri olmuş olduq.      Ən əsas məqamlardan biri də Prezidentin Qərbi Azərbaycanla bağlı mesajları idi: "Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar ". Bəli, Prezidentin haqlı olaraq əminliklə danışmağı, öz yurdlarından məhrum olmuş Qərbi Azərbaycan camaatında böyük inam, sevinc yaratmış oldu. Eləcə də bizim bir daha haqq yolunda olmağımızın bariz göstəricisidir. Necə ki, Prezident hər zaman bir gün Qarabağa qayıdacağıq deyirdi və verdiyi sözü tutdu. Bu gün Qarabağda haqlı savaşımızdan sonra torpaqlarımız azad, ölkəmiz suverenliyini bərpa etmiş oldu. Və ən əsası bu günlərdə artıq Qarabağa həyat, dirçəliş qayıtmış oldu. Qarabağdan köçkün düşmüş insanlar öz yurdlarına geri qayıtmış oldu və bu proses mərhələli olaraq davam edir. Prezidentin mesajları əsasında deyə bilərik ki, tezliklə bunu Qərbi Azərbaycandan qovulmuş sakinlər də yaşayacaq, onlar öz doğma yurdlarına geri qayıdacaq.      Prezident: "Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, - mən bunu bilirəm, - Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir". Beləliklə, Prezident gələcək hədəflər, qarşıya qoyulan məqsədlər barədə də hər kəsi məlumatlandırmış oldu.     Prezident İlham Əliyev sonda daha bir məqamı qəti şəkildə bəyan etmiş oldu: "Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Bəli, Qərbi Azərbaycanla bağlı fəaliyyətlər bu istiqamətdə atılan il addımlardır. Şübhəsiz ki, Qarabağ sakinləri kimi Qərbi Azərbaycan sakinləri də öz torpaqlarına qayıdacaq. Eləcə də Prezident İlham Əliyevin bu mesajı həm də ermənilər üçün verilmiş qəti mesaj idi.Sahil İmanov




Xəbərin oxunma sayı :
52

Seçilən
49
4
azfakt.com

7Mənbələr