“Gerlift Group” MMC-nin yüksək məbləğdə vergi borcu yaranıb - FOTO
Lift satışı və quraşdırması ilə məşğul olan “Gerlift Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yüksək məbləğdə vergi borcu yaranıb.AzFakt.com xəbər verir ki, şirkətin hazırda yığılmış vergi borcunun miqdarı 85,5 min manatı ötüb.Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən, vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.Xatırladaq ki, “Gerlift Group” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “Gerlift Group” Almaniyanın lift istehsalçısı olan “Wittur Holding” GmbH şirkətinin distribütorudur. 22 min manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi, təsisçisi və direktoru Nəcəfov Tural Rahim oğludur.T.Nəcəfov bir müddət əvvəl sabiq deputat Hacı Salayevə qarşı dələduzluq etməkdə təqsirli bilinib. Belə ki, o, H.Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən beşmərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan liftin xaricdən sifarişi üçün 157 min 916 manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib, eks-deputatın pulunu ələ keçirib. T.Nəcəfov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı :
112
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta