AZ

"Atanın övladına sahib çıxmamağı fəlakətdir" - Tarix Əliyev

"Biz dünyaya gələndə valideynlərimizi seçmək hüququmuz olmur. Allah-Taala bizi valideynlərə bəxş edəndə, valideynlərin üzərinə böyük məsuliyyət düşür."

Mynews.az xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev sosial şəbəkə hesabında yazıb.

O, qadınlarla ötəri münasibət yaşayan kişiləri sərt tənqid edib:

"Atalar övladı böyütməli, ona layiqli tərbiyə və təhsil verməli, onu həyatda uğura çatdırmalıdırlar. Təəssüf ki, bəzi kişilər qadınlarla qısa müddətli əlaqələr qurur, qadın hamilə qaldıqdan sonra isə məsuliyyətdən qaçmağa çalışırlar. Bu vəziyyət isə əsasən qız uşaqlarına şamil olunur, çünki bəzi atalar bilərəkdən qız övladlarına sahib çıxmır, onların gələcəyini düşünmürlər. Bu, həm Allahın yanında böyük günahdır, həm də uşaq ömrü boyu bu travma ilə yaşayır. Mən belə hallara çox pis baxıram. Əgər qadın vaxtında hamiləliyini bildirirsə, məsuliyyətdən qaçmaq əvəzinə, ortaq bir qərara gəlib uşaqla bağlı düzgün addımlar atılmalıdır. Mən uşaqların tələf edilməsinə qarşıyam və əgər uşaq dünyaya gəlirsə, atasının ona sahib çıxmamağı böyük bir fəlakətdir".

 

Seçilən
171
mynews.az

1Mənbələr