AZ

İqlim dəyişikliklərinin fəsadları yalnız bir ölkə və region ərazisi ilə məhdudlaşmır - Ombudsman

Bakı.Trend:

Ətraf mühitə mənfi təsir göstərməklə gələcəkdə bəşəriyyət üçündaha təhlükəli ekoloji problemlərin yaranmasına gətirib çıxarabilən iqlim dəyişikliklərinin fəsadları yalnız bir ölkə və yaregionun ərazisi ilə məhdudlaşmır

Trend xəbərverir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Bakı Forumundaçıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəsahəsində həyata keçirdiyi kompleks tədbirlər və ölkəmizinbeynəlxalq arenada durmadan artan nüfuzunun nəticəsidir ki, qlobaləhəmiyyətli mötəbər bir tədbir - BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29 dünya ölkələrinin yekdil qərarı ilə bir ay sonra Azərbaycandakeçiriləcəkdir.

“Hazırda qlobal müstəvidə Azərbaycana bəslənilən böyük hörmət vəetimadın göstəricisi olan bu nüfuzlu tədbirin yüksək səviyyədətəşkil edilməsi, ölkəmiz və bütövlükdə bəşəriyyət üçün uğurlunəticələrlə yekunlaşması naminə zəruri addımlar atılır və COP29Təşkilat Komitəsinin üzvü olaraq biz də bütün imkanlarımızla buprosesə öz töhfəmizi verməyə çalışırıq.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də öz əksini tapmıştəmiz su və sanitariya, iqlim dəyişikliklərinə qarşı mübarizə,dəniz və torpaq ekosistemlərinin mühafizəsi kimi ətraf mühitləbağlı problemlərin həlli istiqamətində yerli, regional vəbeynəlxalq səviyyələrdə əməkdaşlığın gücləndirilməsi, insanhüquqlarının ayrılmaz tərkib hissəsi olan ekoloji hüquqlarınsəmərəli təşviqi, müdafiəsi və təmini mexanizminin daha datəkmilləşdirilməsi prioritet bir vəzifə kimi qarşıda durur.

Təbii ki, ətraf mühitə mənfi təsir göstərməklə gələcəkdəbəşəriyyət üçün daha təhlükəli ekoloji problemlərin yaranmasınagətirib çıxara bilən iqlim dəyişikliklərinin fəsadları yalnız birölkə və ya regionun ərazisi ilə məhdudlaşmır”,- deyə obildirib.

Qeyd edək ki, “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsmanvə Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusundaOmbudsmanların Beynəlxalq Bakı Forumu öz işinə başlayıb.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərininyaratdığı problemləri və onların həlli yollarını insan hüquqlarıperspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələripaylaşmaqdan ibarətdir.

Forumda “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdəmilli insan hüquqları təsisatları və ombudsman institutlarınadəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirlərihaqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi iləmübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyininmüharibənin partlayıcı qalıqları və minalarla çirklənmə iləəlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığınıntəşviqi” mövzularında panel sessiyaları təşkil olunacaq.

Seçilən
41
az.trend.az

1Mənbələr