AZ

Bir çox ölkə yazıçıları Bakıda kitab sərgisində iştirak edəcək

Müxtəlif ölkələrin yazıçıları 2-8 oktyabrda keçiriləcək X Bakı beynəlxalq kitab sərgisində iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu ilki tədbir dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub.

Sərgidə 19 ölkədən 47 təşkilat iştirak edəcək, bundan başqa tədbirə bir neçə müəllif qatılıb. Onlar Türkiyə, İrlandiya, Almaniya, Rusiya və digər ölkələri təmsil edirlər.

Bu ilki sərginin fəxri qonağı irlandiyalı yazıçı Con Boyndur.

Sərgiyə giriş ödənişsizdir. Həmçinin ziyarətçilərin rahatlığı üçün "Elmlər akademiyası", "28 May" və "Koroğlu" metro stansiyalarından ayrıca avtobuslar ayrılıb.

Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr