Şəmkir rayon Mahmudlu kəndində baş verən hadisə ilə bağlı daha bir açıqlama verilib. Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, 01 oktyabr tarixində axşam saatlarında Şəmkir rayon Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin 10-cu sinif şagirdi həmyaşıdı, Şəmkir rayon Peşə liseyinin şagirdinə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. "Xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. vakansiyalarHadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - açıqlamada qeyd olunur./Modern.az
Paylaş:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta