AZ

Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT

Cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və onun vəkili çıxış edib.Təqsirləndirilən Azər Şalıyevin vəkili müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamla tam razılaşmayıb.O, bildirib ki, onun məhkum yoldaşını öldürmək niyyəti olmayıb: Sadəcə, yoldaşını cəzalandırmaq fikrinə düşüb. Onun üzünə xətt qoymaq istəyibmiş, zərərçəkmiş qaçmağa çalışdığı üçün zərbə onun boynuna dəyib".Vəkil onu da əlavə edib ki, Azər Şalıyev məhkum həyatı yaşayarkən nizam-intizam qaydalarına əməl edib. Eyni zamanda, qeyd olunub ki, təqsirləndirilən şəxs zərəçəkmişlə barışıq əldə edib.Təqsirləndirilən Azər Şalıyev də məhkum yoldaşını öldürmək niyyətinin olmadığını açıqlayıb.Daha sonra prosesdə hökm elan olunub.Hökmə əsasən, təqsirləndirilən Azər Şalıyevə 4 il həbs cəzası təyin olunub.Eyni zamanda, o, öncəki əməlinə görə təyin edilmiş cəzadan qalan 1 il 10 ay 29 günlük cəzası da bu hökmə qismən birləşdirilərək ümumilikdə 5 il müddətində azadlıqdan məhrum edilib.Qeyd edək ki, Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ağır xəsarət yetirib.

Seçilən
84
1
dia-az.info

3Mənbələr