AZ

Putin yəhudiləri TƏBRİK ETDİ – FOTO

Putin rus yəhudilərini Roş-Ha-Şana (yəhudilərin Yeni ili) münasibətilə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putin rus yəhudilərini Roş-Ha-Şana münasibəti ilə təbrik edib.

Dövlət başçısı qeyd edib ki, yəhudi təşkilatları Rusiya Federasiyasında millətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə böyük töhfə verir.

Roş-Ha-Şana, yəhudi təqviminə görə (sentyabr və ya oktyabr aylarına düşür) iki gün ardıcıl olaraq qeyd olunan yəhudilərin Yeni ilidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr