AZ

COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu: Dünya əhalisinin 80 faizi iqlim dəyişikliyindən əziyyət çəkir

Bakı, 2 oktyabr, AZƏRTAC

“Dünya əhalisinin 80 faizi iqlim dəyişikliyindən əziyyət çəkir”.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA universitetində keçirilən "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" mövzulu dəyirmi masada COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.

O qeyd edib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə qlobal problemlərin müzakirəsi davam edir: “Enerji, su istehlakı, kənd təsərrüfatı, maliyyə və digər məsələlərin həlli istiqamətində müzakirələr aparılır və bu proses COP29-da davam edəcək. Bizim əsas məqsədimiz gəncləri bu problemlərin həllinə təşfiq etməkdir”,-deyə N.Arpadari əlavə edib.

Seçilən
38
azertag.az

1Mənbələr