AZ

Kommunal abunəçi kodlarının ad dəyişdirilməsi tam rəqəmsallaşıb

Bakı. Trend:

Kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsiartıq "mygov" platforması vasitəsilə mümkündür.

Trend xəbərverir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiməlumat yayıb.

Bildirilib ki, vətəndaşlar "mygov" tətbiqi vasitəsilə"Azəriqaz", "Azərişıq" və Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi (keçmiş Azərsu) üzrə kommunal abunəçi kodlarını asanlıqlaköhnə addan yeni ada keçirə bilərlər. Əvvəllər vaxt və əlavə resurstələb edən bu proses indi tamamilə rəqəmsal və sadələşdirilmişşəkildə həyata keçirilir.

Vətəndaşlar "mygov" tətbiqinə daxil olduqdan sonra öz adlarınaolan daşınmaz əmlakı seçərək, müvafiq kommunal xidmət üçün "Əhaliistehlakçısının adının dəyişdirilməsi" bölməsinə daxil olurlar."Azəriqaz", "Azərişıq" və ya Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi üzrə abunəçi kodunu daxil etdikdən sonra sistem avtomatikolaraq yeni ad məlumatlarını istifadəçinin "mygov" hesabındangötürür. Əgər abunəçinin borcu varsa, bu barədə istifadəçiyəməlumat verilir və borc ödəndikdən sonra adın dəyişdirilməsi təsdiqolunur.

Proses tamamlandıqdan sonra müraciət elektron qaydada müvafiqqurumlara göndərilir. Ad dəyişdirildikdən sonra istifadəçi "mygov"üzərindən şəxsi kabinetində və qeyd edilən elektron poçt ünvanındabildiriş alır.

Bu yenilik vətəndaşların vaxtına qənaət edir, dövlətxidmətlərinə çıxışı asanlaşdırır və tamamilə rəqəmsal mühitdəsürətli, effektiv xidmət almağa şərait yaradır.

Seçilən
11
8
az.trend.az

8Mənbələr