AZ

Uğurlu "yaşıl" keçid üçün işçi heyətinin təliminin vahid standartlar əsasında aparılması vacibdir – "Bureau Veritas"

Bakı. Trend:

Uğurlu "yaşıl" keçid üçün işçi heyətinin təliminin vahidstandartlar əsasında aparılması vacibdir.

Trend xəbər verir ki, bubarədə “Bureau Veritas” şirkətinin Yaxın Şərq, Xəzər regionu vəAfrika üzrə strateji, satış və marketinq kommunikasiya üzrəvitse-prezidenti Nahla Abid Bakı İqlim dəyişmələri ilə mübarizəüzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransın3-cü günündə "Neft-qaz sektorunda ədalətli keçidin təmin olunması"adlı panel müzakirəsində deyib.

"Qeyd edilməli olan mühüm məqam işçilərin ixtisaslarınınartırılmasıdır. İnsanların bir sektordan digərinə köçürülməsi,bacarıq və biliklərini yeni tələblərə uyğunlaşdıraraq tətbiqetmələri vacibdir. Lakin belə bir hərəkətliliyi necə təmin etməkolar? Yeni standartların tələblərini təqdim olunan təlimləəlaqələndirəcək standart sistem və metodoloji bazaya ehtiyacvar.

Məsələn, beynəlxalq ISO standartlarını nəzərdən keçirə bilərik.Hazırda emissiyaların azaldılması haqqında danışırıq. Lakingələcəyə nəzər saldığımız zaman bu yolun hansı mərhələdənbaşladığını nəzərə almaq vacibdir. Niyə bərpa olunan enerjimənbələrindən istifadə etməyə çalışırıq? Çünki emissiyalarıazaltmaq istəyirik.

Lakin bunun üçün ilkin nöqtəni müəyyən etmək lazımdır: cariemissiyalar hansılardır? Onları eyni şəkildə qiymətləndirmək üçün,məsələn, Azərbaycanda, Səudiyyə Ərəbistanında, Cənubi Afrikada vəya Avropada, beynəlxalq standartlara, məsələn, ISO 14064 və ya ISO14044-ə istinad etmək lazımdır. Bu standartlar emissiyaların vahidşəkildə hesablanmasına kömək edir. Buna görə də işçi heyətinintəliminin vahid standartlar əsasında aparılması vacibdir. Bu,Azərbaycanda, Avropada və ya Afrikada eyni işi icra edən şəxsineyni bilik və ixtisasa sahib olmasını təmin edir", - o əlavəedib.

Onun sözlərinə görə, ədalətli keçid müzakirə edilərkənsektorlardakı işçilərin bilik və bacarıq səviyyəsinin sənayetələblərinə uyğun olduğuna əmin olmaq vacibdir.

"Bu isə, öz növbəsində, sektoru investorlar üçün daha cəlbediciedir. Hidrogen ilə bağlı layihələrdən danışdıqda, hazırda bu sahədəyeni layihələrin müzakirələri aparılır. Lakin bunlardan yalnız birneçəsi maliyyə tamamlama mərhələsinə çatır. Niyə? Çünki inkişafetdiricilər standartların olmaması ilə qarşılaşırlar.

Standartlaşmanın yetərsizliyinə görə banklar investisiya qoymağahazır deyilsə, layihə necə həyata keçirilə bilər? Standartlarınolması, işçi heyətinin düzgün bacarıqlara sahib olmasını təminetmək və layihənin təhlükəsiz, minimum risklərlə və cəmiyyət üçünheç bir mənfi təsirsiz həyata keçirilməsini təmin etmək üçünvacibdir", - o əlavə edib.

Seçilən
27
az.trend.az

1Mənbələr